Obsessiv-kompulsiv pozuntu | |
---|---|
XBT-10-KM | F42, F42.9, F42.8 |
XBT-9-KM | 300.3[1][2] |
OMIM | 164230 |
DiseasesDB | 33766 |
MedlinePlus | 000929 |
MeSH | D009771 |
Vikianbarda əlaqəli mediafayllar |
Obsessiv-kompulsiv pozuntu və ya qısaca OKP , həmçinin sarışan hallar nevrozu — narahatıq yaradan sarışan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən sarışan hərəkətləri (kompulsiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur. OKP yetişkin insanlarda görünən ən yayılmış psixiki pozuntudur.[3]
Nevrozun bu növündə sarışan fikirlər psixoloji diskomfort varadır, ondan xilas olmaq üçün insan müəyyən sarışan hərəkətlər edir və bu daxili gərginliyin müvvəqəti azalmasına gətirir. Lakin vəziyyətin bu cür yüngülləşməsi çox davam etmir və sarışan fikirlər yenidən qayıdır. Beləliklə hisslərin və hərəkətlərin "qüsurlu dövranı" yenidən işə düşür.
Bu nevrozun müalicəsində iki əsas üsuldan istifadə edilir: dərman müalicəsi və psixoterapiya.